İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses yekunlaşıb

İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.
O,bildirib ki, İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub.
"Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr bizim üçün çox önəmlidir. İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, arzu olunan şəxs seçilib və bununla bağlı müvafiq proses davam edir. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır".
Onun sözlərinə görə, inzibati proses başa çatdıqdan sonra səfirin adı açıqlanacaq.
KARUSEL / DÜNYA
Tarix: 2-06-2025, 12:16