mobil versiya

Azərbaycanın Keniyada səfirliyi açılıb




Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində Keniyanın Nazirlər Kabinetinin Baş katibi, Xarici İşlər və Diasporla İş üzrə Katibi Musalia Mudavadi ilə birlikdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyinin açılış mərasimində iştirak edib.

Reportyor.az bu barədə XİN-ə istinadla xəbər verir.

Xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası əlaqələrinin davam etdirilməsi və möhkəmləndirilməsi, kommunikasiyaların asanlaşdırılması və əməkdaşlığın təşviqi istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

Nazir C.Bayramov həmçinin Keniya tərəfindən diplomatik missiyanın lazımi səviyyədə fəaliyyət göstərməsi üçün ev sahibi ölkə kimi yaradılmış əlverişli mühit və şəraiti də etiraf edib.



KARUSEL / SİYASƏT
Tarix: 3-06-2025, 14:54