Nazir Keniya Baş naziri ilə COP29-a hazırlığı müzakirə edib
Keniyanın Baş naziri və eyni zamanda xarici işlər və diaspora naziri Musalia Mudavadi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, ikitərəfli tərəfdaşlıq, o cümlədən Keniya-Azərbaycan biznes forumunun təşkili müzakirə edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-03-2024, 17:39