mobil versiya

Bu ölkənin prezidentləri rüsumları müzakirə edib





Cənubi Koreyanın yeni prezidenti Li Çje Men və ABŞ prezidenti Donald Tramp ilk telefon danışığında ABŞ-nin Cənubi Koreya mallarına tətbiq etdiyi tarifləri həll etmək barədə razılığa gəliblər.

Reportyor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, iki lider mümkün qədər tez bir zamanda qarşılıqlı faydalı razılaşmanın əladə olunması üzərində işləmək barədə razılığa gəliblər.

Telefon danışığın 20 dəqiqəyə yaxın davam etdiyi qeyd edilib.
Tramp Li Çje Meni seçilməsi münasibətilə təbrik edib və onu Vaşinqtona səfərə dəvət edib.


KARUSEL / DÜNYA
Tarix: 6-06-2025, 21:01