Araz Musayev onu bıçaqlamaqda şübhəli bilinən şəxslərin görüntülərini yayıb - VİDEO

Mayın 28-də Azərbaycan Muay Tay Federasiyasının prezidenti, Türkiyənin Antalya şəhərində bıçaqlanan Araz Musayev hadisə ilə bağlı yeni görüntülər yayımlayıb.
Federasiya rəhbəri sosial şəbəkə hesabında paylaşdığı videoda ona qarşı sui-qəsd cəhdini həyata keçirməkdə şübhəli bilinən şəxslərin hadisə yerindən qaçdıqlarını göstərən kadrların yer aldığını bildirib.
Qeyd edək ki, sözügedən şəxslər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. (trend)
KARUSEL / HADİSƏ
Tarix: 10-06-2025, 10:24



























