Bakıda həbs olunan qırğızlardan birinin keçmiş dövlət məmuru olduğu ortaya çıxıb
Bakıda həbs olunan 4 nəfər Qırğızıstan vətəndaşından birinin - Rayımbek Matraimovun Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisinin keçmiş müavini olduğu ortaya çıxıb.
Bu barədə "The Insider" məlumat yayıb.
Məlumata görə, Rayımbek Matraimov qardaşı Tilek Matraimovla birlikdə dövlətə məxsus təyyarədə Bakıdan Bişkekə çatdırılıb. Bundan başqa, sözügedən şəxslərin digər 2 qardaşı - İsgəndər və İslam Matraimovlar da Bişkekdə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb.
Qeyd olunub ki, Matraimov qardaşları Qırğızıstan hökumətinə sui-qəsd etməyi planlaşdıran transmilli mütəşəkkil cinayətkar dəstə ilə əlaqədə şübhəli bilinirlər.
Xatırladaq ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.
Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib: "Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilmiş və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.(trend)
KARUSEL / GÜNDƏM

Tarix: 27-03-2024, 17:16