Boksçularımız Niderlandda 3 medal qazanıb
Azərbaycanın boks millisi Niderlandın Eyndhoven şəhərində keçirilmiş beynəlxalq turniri üç medalla başa vurub.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildirilib.
Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kq) yarışı gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.
KARUSEL / İDMAN
Tarix: 10-06-2025, 13:27