"Mançester Siti" "Lion"dan Çerki transferini başa çatdırıb

"Mançester Siti" Futbol Klubu "Lion"dan Rayan Çerki ilə 2030-cu ilə qədər müqavilə imzaladığını açıqlayıb.
Reportyor.az xəbər verir ki, İngilis klubu rəsmi saytında dərc edilən açıqlamada 21 yaşlı futbolçunun 5 illik müqavilə imzaladığını və ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Çempionatından başlayaraq “Mançester Siti”də oynaya biləcəyini bildirib.
Çerki kluba qoşulmağı karyerasında ən mühüm addım kimi qiymətləndirərək, bütün həyatı boyu Mançester Siti kimi komandada oynamaq üçün çox çalışdığını bildirib.
KARUSEL / İDMAN
Tarix: 11-06-2025, 09:16