İsrail təyyarərələri Türkiyə ərazisinə daxil olub - Türk "F-16"-ları dərhal havaya qaldırılıb + VİDEO

İsrailin İrana hücum etdiyi ilk gücə Türkiyə hava məkanında fövqəladə vəziyyət yaşanıb.
Reportyor.az "AzPolitika.info"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmin gecə bəzi İsrail hərbi təyyarələri Türkiyə hava məkanını pozub. Bundan sonra Türk Hava Qüvvələribə dərhal həyəcan siqnalı verilib. Türkiyənin bir neçə "F-16" qırıcısı sürətlə havalanaraq vəziyyəti nəzarətə götürüb.
Qeyd olunur ki, İrain-İsrail münaqişəsindən sonra Türkiyədə erkən xəbərdarlıq sistemləri və radarlar fasiləsiz fəaliyyət göstərir, "F-16" döyüş təyyarələri isə mümkün hava məkanı pozuntularına dərhal müdaxilə üçün daim hazır vəziyyətdə saxlanılır.
KARUSEL / DÜNYA
Tarix: 17-06-2025, 15:17