mobil versiya

Külli miqdarda siqaretlər və psixotrop dərman preparatı aşkar edilib





Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Culfa” və “Naxçıvan Karqo Terminal” gömrük postlarında yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Reportyor.az xəbər verir ki, bu barədə DGK-nin mətbut xidmətindən məlumat verilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 80 000 ədəd siqaret və 100 ədəd psixotrop tərkibli “Alprazolom” dərman preparatı və 177 qutu müxtəlif növ dərmanlar aşkar edilib.



KARUSEL / HADİSƏ
Tarix: 23-06-2025, 17:45