İran Silahlı Qüvvələrinin rəisi ABŞ-ın zərbələrindən sonra ciddi addım atacağına söz verib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bazar ertəsi günü bildirib ki, ölkə ABŞ-ın əsas nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq sərt addımlar atacaq.
Reportyor.az xəbər verir ki, bunu Musəvi dövlət televiziyasında yayımlanan video bəyanatında deyib: “Bu cinayət və təhqir cavabsız qalmayacaq, Amerikanın səhvinə qarşı qəti addımlar atacağıq”.
KARUSEL / DÜNYA
Tarix: 23-06-2025, 18:14