mobil versiya

Rubio: İran ABŞ-ın zərbəsindən sonra nüvə silahı yaratmaqdan çox uzaqdır





Həftə sonu ABŞ-ın İranın üç əsas nüvə obyektinə endirdiyi zərbədən sonra İran nüvə silahından xeyli uzaqlaşıb.

Reportyor.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio "Politico"ya deyib.

“Əsas nəticə odur ki, onlar prezidentin bu cəsarətli addım atmasından əvvəl olduğundan bu gün nüvə silahından çox uzaqdadırlar. Müxtəlif komponentlərə əhəmiyyətli, çox əhəmiyyətli, əhəmiyyətli ziyan vuruldu və biz bu barədə daha çox öyrənirik".
KARUSEL / DÜNYA
Tarix: 25-06-2025, 11:00