İsrail Suriya və Livanla əlaqələrin normallaşdırılmasında maraqlıdır: XİN rəhbəri

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail qonşuları Livan və Suriya ilə sülh və normallaşma sazişləri imzalamaqda maraqlıdır.
Reportyor.az xəbər verir ki, Saar mətbuat konfransında, İsrailin 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş ilə imzaladığı ABŞ-ın sponsorluq etdiyi sazişlərə toxunaraq deyib ki, İsrail İbrahim Sazişinin sülh və normallaşma dairəsini genişləndirməkdə maraqlıdır.
"Biz İsrailin əsas və təhlükəsizlik maraqlarını qoruyarkən qonşularımız olan Suriya və Livanı sülh və normallaşma dairəsinə əlavə etməkdə maraqlıyıq".
KARUSEL / DÜNYA
Tarix: 30-06-2025, 13:32