Bakı Limanına baş direktor təyin edilib

Eldar Salahov AZCON Holding-in şirkətlərindən olan ADY-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə direktor təyin olunub.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Eldar Salahov müxtəlif illərdə BMT-nin nüfuzlu UNDP proqramı üzrə ekspert, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də özəl şirkətlər və beynəlxalq layihələrdə rəhbər vəzifələrdə çalışıb.
O, yeni təyinata qədər ADY-nin Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-07-2025, 10:12