mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib



“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə ADY məlumat yayıb. Bildirilir ki, əlavə təyin edilən qatarlar sentyabrın 14-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 15-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-09-2024, 15:34