“Araz-Naxçıvan”ın rəqibi heyətinə 2 yeni futbolçu qatıb

Yunanıstan təmsilçisinin mətbuat xidməti xəbər verir ki, Uroş Raçiç və Alvaro Teyero heyətə cəlb edilib.
İtaliyanın “Sassuolo” klubundan transfer olunan 27 yaşlı Raçiçlə 4 illik müqavilə imzalanıb. Ötən mövsümü “Espanyol”da keçirən 28 yaşlı Teyero ilə anlaşmanın müddəti isə 2 illikdir.
Serbiyalı Raçiç yarımmüdafiəçi, ispaniyalı Teyero isə müdafiəçidir.
“Araz-Naxçıvan”la “Aris” arasında UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçı iyulun 24-də Bakıda, cavab görüşü isə 31-də Salonikidə keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:04