Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Türkiyəyə hər il 1,4 milyon ton Qazaxıstan nefti nəql olunur

Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyəyə hər il 1,4 milyon ton Qazaxıstan nefti nəql edilir.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada KİV nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
"Biz tədarük həcminin artırılması məsələsini müzakirə etdik və "Turkiye Petroleum" şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayırıq. Eyni zamanda, biz türk şirkətlərinin investisiya imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsindəki təcrübəsindən istifadə etməkdə maraqlıyıq. İrimiqyaslı layihələrin birgə reallaşdırılmasına hazırıq", – deyə dövlət başçısı əlavə edib. (Azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 09:00