XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Festival bu dəfə də musiqisevərlərin diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 24-də başlanan və altı gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak ediblər.
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.
Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəni həyatında mühüm rolu var. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi bu festival həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik mübadiləsinə xidmət edir.
Reportyor.az

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 09:41