mobil versiya

“Qarabağ” bu gün Şimali Makedoniya klubu ilə üz-üzə gələcək







Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Ağdam klubu Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq.

Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Reportyor.az





KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:27