Suriya Xarici İşlər Nazirliyi ABŞ nümayəndə heyəti ilə müzakirələrə sədrlik edib

Suriya Xarici İşlər və Qürbətçilər Nazirliyi Suriya Regional Platformasının (SRP) direktoru Nikolas Qrencerin başçılıq etdiyi ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti ilə müzakirələr aparıb.
Reportyor.az SANA-ya istinadən yazır ki, müzakirələrdə Daxili İşlər, Maliyyə və Rabitə nazirlikləri, Suriya Mərkəzi Bankı və bir sıra müvafiq maraqlı tərəflər iştirak edib.
Müzakirələr zamanı ümumi maraq doğuran bir sıra siyasi, iqtisadi, humanitar və diplomatik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:01