mobil versiya

Azərbaycanda 29 yeni domen dövlət qurumlarının istifadəsinə verilib





Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 29 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatında deyilir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 21 faiz azdır.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.

Reportyor.az





KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-08-2025, 12:07