mobil versiya

Türkiyə poçtla göndərilən mallar üçün 35 dollarlıq rüsumsuz limitini ləğv edib




Prezident fərmanına əsasən, Türkiyə xaricdən poçt və ya ekspress yük vasitəsilə alınan qeyri-kommersiya malları üçün 30 avro (35 dollar) rüsumsuz imtiyazı ləğv edib.

Yerli medianın məlumatına görə, verilən qərarda deyilir ki, yeni qayda 30 gün ərzində qüvvəyə minəcək və rüsumsuz idxal artıq yalnız 1500 avroya qədər dəyərində dərman və pəhriz əlavələrinə şamil ediləcək.

Yeni qaydanın xaricdəki məşhur ucuz alış-veriş saytlarından edilən kiçik şəxsi sifarişlərə təsir etməsi ehtimalı var.

2024-cü ildə yenidən işlənmiş əvvəlki qaydalara əsasən, həddi sifariş üçün 27 avroya endirilmiş və əlavə 3 avro çatdırılma haqqı tətbiq olunmuşdu.

Türkiyəyə göndərilən və kommersiya məqsədli hesab edilməyən mallar Aİ mənşəli məhsullar üçün 30 faiz, digərləri üçün isə 60 faiz vergiyə cəlb olunur, bəzi məhsullar üçün isə 20 faiz vergi tətbiq olunur. (1 dollar = 0.8553 avro)


Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-01-2026, 11:00