mobil versiya

Nazirlər Kabinetinin qərarı QÜVVƏYƏ MİNİR - 300 dollarlıq limit



Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklərlə bağlı 305 saylı qərarı qüvvəyə minir.

REPORTYOR.AZ-ın məlumatına görə, bu dəyişikliyə əsasən, vətəndaşın şəxsi məqsədlər üçün bir ay ərzində xaricdən poçt vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 300 dollarlıq limiti keçməməlidir.

Bağlamanın dəyəri 300 dollardan artıq olanda isə gömrük rüsumları tətbiq olunacaq. İndiyə kimi isə bu limit 1000 dollar idi.

Yeni qaydalara ayda bir dəfə olmaq şərtinin əlavə edilməsi ilə vətəndaş bu imkanlarını məhdudlaşdırır. Dolayısı ilə siz 300 ABŞ dolları deyil, bir sifariş zamanı 50 və ya 100 dollar dəyərində mal gətiribsinizsə, bu zaman siz artıq həmin təqvim ayı üçün sizə ayrılmış 300 dollarlıq limitdən istifadə etmiş hesab olunursunuz. Belə olanda siz növbəti güzəştli limitdən istifadə etmək üçün 30 gün gözləməlisiniz.

Nazirlər Kabinetinin bu qərarı ölkədə ciddi narazılıqla qarşılanıb. Qərar bu gündən qüvvəyə minir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 20-09-2020, 11:36