mobil versiya

“Qalatasaray”ın sabiq futbolçusu Braziliya klubunda



Braziliyanın “Qremio” klubu “Panatinaikos”un (Yunanıstan) futbolçusu Teteni heyətinə qatdığını rəsmən açıqlayıb.

Vaxtı ilə “Qalatasaray”ın da formasını geyinmiş 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.

Futbolçunun transferinin 6,2 milyon avroya başa gəldiyi bildirilib.
“Qremio”nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya “Şaxtyor”a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında Türkiyə klubuna cəlb olunmuşdu (Komanda.az)





KARUSEL / İDMAN
Tarix: 12-01-2026, 16:14