DiN: 15 qız qaçırma faktı üzrə CM-nin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.
Bunu DİN-də keçirilən kollegiya iclasında nazir general-polkovnik Vilayət Eyvazov deyib.
Bildirib ki, 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 15:44


























