Astara sakini qardaşını baltaladı
5 yanvar 2022-ci il tarixdə Astara rayonu Təngərüd kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Qənbərovun öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Astara rayon prokurorluğundan BAKU.WS-ə bildirilib ki, aparılmış istintaqla zərərçəkmişin bacısı, 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Nadirə Qənbərova Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
KARUSEL
Tarix: 18-04-2022, 15:00