mobil versiya

Dünya Müdafiə Sərgisində Səudiyyə Ərəbistanı “ağıllı” dəbilqəni nümayiş etdirib




Səudiyyə Ərəbistanının Mülki Müdafiə üzrə Baş İdarəsi tərəfindən Dünya Müdafiə Sərgisi çərçivəsində yeni “ağıllı” dəbilqə nümayiş olunub.

Krallığın yerli mediası xəbər verir ki, dəbilqə gündüz və gecə kameraları, eləcə də çətin əlçatan ərazilərdə təhlükəli maddələri aşkarlayan xüsusi sensorlarla təchiz edilib.

Qurğu mobil komanda mərkəzi kimi fəaliyyət göstərir və canlı görüntüləri birbaşa idarəetmə və nəzarət mərkəzlərinə ötürür. Bu isə real vaxt rejimində qərarların daha sürətli qəbuluna, hadisələrə operativ müdaxiləyə və yüksək riskli şəraitdə şəxsi heyətin təhlükəsizliyinin artırılmasına imkan yaradır.

Reportyor.az 





KARUSEL / DÜNYA
Tarix: Dünən, 11:14