mobil versiya

“Mingəçevir Reqatası-2026”: Azərbaycan yarışı 22 medalla başa vurub


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri başa çatıb.

Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə yekunlaşan yarışı 22 medalla başa vurublar.

Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.
Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb. (Komanda.az)

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:52