mobil versiya

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri bu gün başlayır



Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri başlayacaq.

Yarışa Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Reqatada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.
Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. Oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 16-10-2024, 10:10