mobil versiya

"BRICS Sports Games"də ölkəmiz 11 idman növündə təmsil olunacaq



İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbiri keçiriləcək.
Oyunların açılışı iyunun 13-də, bağlanış mərasimi 23-də keçiriləcək.
Yarışda ölkəmiz 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.

KARUSEL / İDMAN
Tarix: 10-06-2024, 12:50