mobil versiya

Mərakeş Rəqəmsal Startapların Maliyyələşdirilməsi üçün 2,5 Milyard Dirhəm vəsait ayırır





Mərakeş rəqəmsal startaplar üçün yeni maliyyələşdirmə mexanizmini həyata keçirir; bu mexanizm çərçivəsində yaxın illərdə Mərakeş startapları üçün təxminən 2,5 milyard dirhəm (260 milyon ABŞ dolları) məbləğində vəsaitin səfərbər edilməsi nəzərdə tutulur.

Rəqəmsal Keçid və İnzibati İslahatlar Nazirliyinin rəhbərlik etdiyi və "Tamwilcom" tərəfindən idarə olunan "Startup Catalytic Fund" (Startaplar üçün Katalizator Fondu) 3 avqust tarixində 2.26.576 nömrəli Fərmanın dərc edilməsindən sonra yeni mərhələyə qədəm qoyub.

Nazirliyin açıqlamasına əsasən, yeni çərçivəyə uyğun olaraq, növbəti üç il ərzində rəqəmsal sektorda fəaliyyət göstərən startapları maliyyələşdirən vençur kapitalı fondlarına 347 milyon Mərakeş dirhəmi (36 milyon ABŞ dolları) həcmində investisiya qoyulacaq.

Bu təşəbbüs "Mohammed VI" İnvestisiya Fondu və "CDG Group" arasında əldə edilmiş əməkdaşlıq sazişinə əsaslanır. Doqquz idarəedici şirkət ilkin seçim mərhələsindən keçib və seçilmiş fondların Mərakeş startapları üçün təxminən 2,5 milyard Mərakeş dirhəmi (260 milyon ABŞ dolları) vəsait cəlb edəcəyi gözlənilir.

Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:05