mobil versiya

Səudiyyə Ərəbistanının ümumi xərclərinin 2027-ci ildə 370 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır




Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi büdcəyə dair açıqlamasında bildirib ki, 2027-ci ildə ölkənin ümumi xərclərinin 1,39 trilyon riyal (370,21 milyard dollar), gəlirlərinin isə 1,20 trilyon riyal (319,61 milyard dollar) səviyyəsində olması proqnozlaşdırılır.

Nazirlik 2027-ci ildə 191 milyard riyal (50,87 milyard dollar) və ya Ümumi Daxili Məhsulun (ÜDM) 3,6 faizi həcmində büdcə kəsiri proqnozlaşdırıb.

Nazirlik 2026-cı il üçün kəsir həcmini 245 milyard riyal (65 milyard dollar) səviyyəsində qiymətləndirib; bu rəqəm keçən il dərc edilmiş büdcədə nəzərdə tutulan 165 milyard riyallıq (43 milyard dollar) göstəricini üstələyir.

Səudiyyə Ərəbistanı 2026-cı ildə real ÜDM-də gözlənilən 3,6 faizlik azalmadan sonra, 2027-ci ildə 12,8 faizlik artım proqnozlaşdırır.

Nazirlik bildirib ki, 2026-cı ildə real ÜDM-də gözlənilən azalma regiondakı geosiyasi proseslər fonunda neft sektoru fəaliyyətində proqnozlaşdırılan 21,8 faizlik enişlə əlaqədardır.

Nazirlik qeyd edib ki, 2027-ci ilin büdcə kəsiri "orta müddətli borc strategiyası çərçivəsinə uyğun olaraq borclanma yolu ilə maliyyələşdiriləcək" və 2027-ci il üçün borclanma planı "bu ilin sonunadək ətraflı şəkildə açıqlanacaq".

Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:51