mobil versiya

Azərbaycandan bu il 11 ölkəyə 2 mln. tona yaxın neft ixrac olunub



 ilin yanvar ayında Azərbaycan İtaliyaya 861 652,23 min ABŞ dolları dəyərində 1 847 915,54 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin hesabatının məlumatına görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar ayında bu ölkəyə 44 337 min dollar 93 590,26 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 11 ölkəyə 1 238 082,05 min dollarlıq 2 642 930,94 445,56 ton neft ixrac edib.

Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə və həcminə görə). (Apa)

ÖlkələrMəbləğ, min $Miqdar (ton)
-Cəmi1 238 082.052 642 930.94
1İtaliya861 652.231 847 915.54
2Rumıniya93 673.99197 053.85
3Portuqaliya44 337.0093 590.26
4Almaniya43 249.2191 294.06
5Xorvatiya40 819.9586 166.17
6Çexiya38 454.4982 403.50
7Bolqarıstan37 415.0578 494.85
8Tunis29 498.7661 269.98
9Türkiyə19 543.4441 761.71
10İndoneziya17 866.2038 554.41
11Yunanıstan11 571.7524 426.62
















Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-02-2026, 16:28