mobil versiya

Yanvar ayında Azərbaycandan xaricə 60,5 milyon dolları dəyərində meyvə-tərəvəz ixrac edilib



Bu ilin yanvar ayında Azərbaycandan xaricə 58 min 72 ton miqdarında, 60,5 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac edilib.

Reportyor.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla bildirir ki, meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8 min 466 ton və ya 17%, dəyər ifadəsi ilə isə 5,9 milyon dollar, yaxud da 10,8% artıb.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan 54,6 milyon dollar dəyərində, 49 min 606 ton miqdarında meyvə-tərəvəz ixrac edilib.

Ötən ay ixrac edilən meyvə-tərəvəz ümumi ixracın 1,99%-ni, qeyri-neft sektoru üzrə ixracın 24,61%-ni təşkil edib.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan kartof (113 ton, 33 min dollar), tomat (13 min ton, 14,7 milyon dollar), meşə fındığı (2 min ton, 14 milyon dollar), alma (10,7 min ton, 6,8 milyon dollar), xurma (26,1 min ton, 19,3 milyon dollar), nar (2,3 min ton, 2 milyon dollar) ixrac edilib

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-02-2025, 18:07