mobil versiya

10 ayda meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1.31%-ni təşkil edib



Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 218 milyon 348 min ABŞ dolları dəyərində 287 min 878 ton meyvə-tərəvəz idxal edib.

Reportyor.az  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin verdiyi məlumatda deyilir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 40 milyon 455 min ABŞ dolları ( 22,7%), miqdar baxımından isə 13 min 820 ton (5,04%) çoxdur.
10 ayda meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1.31%-ni təşkil edib.
Həmçinin bu dövrdə Azərbaycan 535 milyon 026 min ABŞ dolları dəyərində 515 min 707 ton meyvə-tərəvəz ixrac edib.
Bu isə illik müqayisədə dəyər baxımından 9 milyon 407 min ABŞ dolları (1,7%), miqdar baxımından isə 22 min 54 ton (4,1%) azdır.
10 ayda meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2.35%-ni təşkil edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:37