“Pakistan ASAN xidmət” mərkəzinə 15 mindən çox müraciət daxil olub

"Pakistan ASAN xidmət” mərkəzinə bu günədək 15 mindən çox müraciət daxil olub.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 14-də Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzdə ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət həyata keçirilir. Burada “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2026, 15:30



























