"ASAN xidmət” sabah işləməyəcək
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 29-da “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-01-2025, 17:31