Ramazan ayında Dubayda hər gün təxminən 30.000 yemək paylanacaq

Dubay Xeyriyyə Assosiasiyası müqəddəs Ramazan ayında BƏƏ daxilində və xaricdə 1,2 milyondan çox yemək paylamağı hədəfləyən "İftar Səymi" humanitar təşəbbüsünü başlatdı.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin yerli mediası xəbər verir.
Dubay Xeyriyyə Assosiasiyasının icraçı direktoru Əhməd İbrahim Əl-Süveydi bildirib ki, bu təşəbbüs "Yaxşılıq Davam Edir" Ramazan kampaniyasının əsas sütunudur. Dubayda hər gün təxminən 30.000 yemək paylanacaq və bu, ay ərzində işçilərə və aztəminatlı qruplara yönəlmiş təxminən 900.000 insana fayda verəcək. Xaricdə daha 285.000 yemək paylanacaq.
O əlavə edib ki, paylama Ramazan ayının ilk günündə Dubayın 31 yerində başlayıb.
Əl-Süveydi əlavə edib ki, assosiasiya yeməklərin hazırlanması, kiçik milli müəssisələrin dəstəklənməsi və onların ictimai işlərdə iştirakının təşviq edilməsi üçün Əmirliklərin məhsuldar ailələri ilə ardıcıl üçüncü ildir ki, tərəfdaşlığını davam etdirir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 19-02-2026, 17:12



























