Mədinə avtobusları Ramazan ayında 800.000-dən çox sərnişinə xidmət göstərib

Ramazan ayının ilk 20 günü ərzində Peyğəmbər Məscidi və Quba məscidinə gediş-gəliş xidməti keçən illə müqayisədə 72%-dən çox artaraq 850 000-dən çox insana xidmət göstərib.
Reportyor.az xəbər verir ki, bunu Əl Mədinə Regional İnkişaf Təşkilatının nəzarət etdiyi “Mədinə Avtobusu” layihəsi bu gün elan edib.
Ramazan ayının ilk gecəsindən etibarən şəhər avtobusları ibadət edənləri və ziyarətçiləri yeddi marşrut üzrə Peyğəmbər məscidinə, bir marşrut üzrə isə Quba məscidinə aparır.
KARUSEL / DÜNYA
Tarix: 24-03-2025, 12:33



























