Peru Xose Balkazarı müvəqqəti prezident seçib

Peru Konqresi Xose Mariya Balkazarı müvəqqəti prezident seçdi və bu, onu son on ildə ölkəyə rəhbərlik edən səkkizinci prezident etdi.
Reuters-in məlumatına görə, Balkazar 130 üzvdən ibarət qanunverici orqanda səs çoxluğu ilə üç namizədlə - Hektor Akuna, Edqar Reymundo və Mariya del Karmen Alva ilə rəqabətdən sonra seçilib.
Balkazarın aprel seçkilərindən sonra seçilmiş prezidentin and içəcəyi 28 iyula qədər müvəqqəti prezident vəzifəsini icra etməsi planlaşdırılır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 20-02-2026, 14:36



























