Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə telefonla danışıb

Azərbaycanın Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə telefonla danışıb.
Bu barədə İranın ölkəmizdəki səfirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhadəti münasibətilə başsağlığı verib. Ş.Mustafayev bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.
Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 4-03-2026, 17:15



























