mobil versiya

İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir



İranın yol və şəhərsalma naziri, həmçinin İran və Azərbaycan birgə iqtisadi əməkdaşlıq komissiyasının iranlı həmsədri Fərzanə Sadeq bu gün Azərbaycana səfər edib.

Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iranlı nazirin Azərbaycana səfəri çərçivəsində üçtərəfli Azərbaycan, İran və Rusiya arasında nəqliyyat və yükdaşıma, enerji, gömrük məsələləri üzrə iclaslar təşkil olunacaq. Eyni zamanda Fərzanə Sadeq İran və Azərbaycan arasında sərhəd dəhlizləri ilə yaxından tanış olacaq.
İclaslarda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutundakı infrastrukturlarla əlaqədar fikir mübadiləsi aparılacaq. Üç ölkənin sərhəd-keçid məntəqələrindən keçid üçün proseslərin sadələşdirilməsi diqqət mərkəzində saxlanılacaq.(trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:28