İspaniya XİN rəhbəri Ağ Evin hərbi bazalarla bağlı iddiasını rədd edib

İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albares, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarda Madridlə bazalardan istifadəyə dair razılığın əldə olunması barədə yaydığı iddiaları rəsmən təkzib edib.
Xarici mediaya görə, nazir vurğulayıb ki, rəsmi Madridin regionda davam edən münaqişəyə və ölkə ərazisindəki hərbi bazaların istifadəsinə dair prinsipial mövqeyi qətiyyən dəyişməyib.
Albares İspaniya hökumətinin öz əvvəlki öhdəliklərinə sadiq qaldığını bəyan edərək, İrana qarşı hər hansı hərbi müdaxilədə İspaniya bazalarından istifadəni nəzərdə tutan heç bir sazişin və ya razılaşmanın mövcud olmadığını xüsusi diqqətə çatdırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 5-03-2026, 15:38



























