mobil versiya

Azərbaycan və İran XİN başçıları telefonla danışıb





Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında bu gün telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin yaydığı xəbərə görə, telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə edilib.

İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 1-03-2026, 14:21