PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları təşkil olunacaq

2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”,-deyə məlumatda bildirilib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-03-2026, 15:49



























