mobil versiya

Heydər Əliyev Mərkəzi və Olimpiya Stadionu üzərinə Pakistan bayrağı proyeksiya olunub



Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub.

Bu barədə Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gecə Bakının ikonik Heydər Əliyev Mərkəzi və Olimpiya Stadionu Pakistan bayrağının rənglərində gözəl şəkildə parlayır. Qardaş ölkələrimiz birlikdə Pakistan Gününü qeyd edirlər! Təşəkkürlər, Azərbaycan".



Proyeksiya 23 mart – Pakistan Günü münasibətilə həyata keçirilib.


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: 23-03-2026, 22:14