Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə Budapeştdə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç arasında Budapeştdə görüş keçirilib.
Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Budapeştdə Akif Çağatay Kılıç, Türkiyə Prezidentinin baş müşaviri ilə səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 27-03-2026, 12:05



























