mobil versiya

Azərbaycan qlobal mübarizələr fonunda sabitlik "adası" və praqmatik siyasət mərkəzidir




Bu gün dünyada qlobal güclər tərəfindən nüfuz və resurslara nəzarəti əldə saxlamaq uğrunda gərgin mübarizə gedir.

Bu amansız mübarizə hərbi toqquşmalarla müşahidə edilir - dövlətlər, hərbi və iqtisadi infrastrukturlar dağıdılır, insanlar zərər çəkir. Bunların fonunda Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və ölkəmizin beynəlxalq aləmdəki perspektiv addımları inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. Həyata keçirilən xarici siyasətin səmərəliliyi özünü bütün aspektlərdən göstərir. Ermənistan ilə sülh prosesi, sabit iqtisadi inkişaf, beynəlxalq tərəfdaşlarının sayının artması, Avropanın enerji təhlükəsizliyindəki rolu və digər məsələlər Azərbaycanın həm daxildə, həm də xaricdə praqmatik siyasət yürütdüyünü deməyə əsas verir.

Bu sözləri açıqlaması zamanı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, may ayında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi tarixi hadisə olmaqla yanaşı, Azərbaycan dövlətinin qlobal problemlərə həssaslıqla yanaşdığını və bu yanaşmanın beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
“Birinci Azərbaycanın bu kimi yüksəksəviyyəli tədbirlərin keçirilməsi üçün böyük təcrübəsi var. Azərbaycan işğaldan azad etdiyi Qarabağda apardığı təmir və bərpa işləri ilə müasir şəhərsalma təcrübəsini bölüşəcək. Əlbəttə ki, dövlətimizin də dünyanın qabaqcıl texnologiyalarından istifadə etmək ehtiyacı var və bu forumdan yararlanaraq dünya təcrübəsini öyrənib tətbiq edəcək. Azərbaycanın bu cür qlobal məsələlərə yanaşma tərzi, onların həlli üçün irəli sürdüyü təkliflər və ideyalar yalnız sülh və tərəqqi istiqamətində addımlar atması onu dünya miqyasında sabitlik “adasına” çevirib. Beynəlxalq təşkilatlar rəsmi Bakının bütün təşəbbüslərini dəstəkləyib ki, bu da onun nüfuzunu artırmaqla yanaşı, gücünü də göstərib və bütün bunlar Azərbaycanın sabitliyinin qarantına çevrilib. Bu da dövlət siyasətinin düşünülmüş addımlardan ibarət olduğunu nümayiş etdirir”, - deyə o əlavə edib.(Azərtac)


Reportyor.az 




KARUSEL / SİYASƏT
Tarix: 31-03-2026, 17:46