mobil versiya

Sərnişin “28 May” stansiyasında qatar yoluna düşüb




Bu gün saat 20:20 radələrində Bakı metropoliteninin “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hadisə baş verən kimi dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə əlaqədar qatarların hərəkət intervalında əlavə yubanmalar yaranıb.


Reportyor.az 


KARUSEL / HADİSƏ
Tarix: 21-04-2026, 21:00