mobil versiya

Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib - FOTO



Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib.

Qanvermə aksiyasında iştirak edən Allahşükür Paşazadə jurnalistlərə Aşura günü barədə danışıb.

O, bildirib ki, Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır.


“Bu gün zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmir. Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik.

Bu, şəriətin və dinin istəyidir. Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savab işdir.

Vətən uğrunda həlak olan bütün şəhidlərimizə də başsağlığı verirəm".





KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 10-09-2019, 13:13